Sizinxeber.az » DÜNYA » MDB » Ermənistanın keçmiş müdafiə və ətraf mühit nazirlərinin işi məhkəməyə göndərilib

Ermənistanın keçmiş müdafiə və ətraf mühit nazirlərinin işi məhkəməyə göndərilib

Ermənistanda keçmiş müdafiə naziri Seyran Ohanyan, keçmiş ətraf mühit naziri Artsvik Minasyan və onlarla birlikdə təqsirləndirilən daha 4 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Sizinxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Məlumata görə, Seyran Ohanyan 2021-ci ildə vəzifəyə təyin olunarkən gəlirləri barədə bəyannamədə özünə məxsus 10 526 kvadratmetr sahəyə malik torpaq və həmin ərazidə inşa edilmiş tikililər barədə məlumatları bilərəkdən gizlədib.

Bundan əlavə, o, Ermənistan Müdafiə Nazirliyinin Tikinti və Mənzil Təminatı İdarəsinin keçmiş rəisi və digər şəxslərlə cinayət əlaqəsinə girərək, nazirliyə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib və həmin ərazidə ailəsinin ehtiyacları üçün qeyri-qanuni tikinti işləri aparıb.

Araşdırmalar zamanı müəyyən olunub ki, bu qanunsuz tikinti işləri birbaşa adıçəkilən idarənin İstehsalat-Texniki Şöbəsinin keçmiş rəisinə məxsus şirkətin iştirakı ilə həyata keçirilib.

İstintaqın gəldiyi nəticəyə görə, Seyran Ohanyan öz qanunsuz fəaliyyətinə hüquqi don geyindirmək məqsədilə saxta icarə sənədlərinin hazırlanmasına göstəriş verib və nəticədə dövlət tərəfindən qorunan ərazidə özü və ailəsi üçün mülk tikdirib.

Qeyd olunub ki, bu qanunsuz əməllər nəticəsində büdcə vəsaitləri mənimsənilib və dövlətə külli miqdarda maddi ziyan vurulub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !