Ermənistanın sabiq müdafiə nazirinə qarşı cinayət işi açılacaq
Ermənistan parlamentinin sədri Alen Simonyan baş prokuror Anna Vardapetyanın Seyran Ohanyan və Artsvik Minasyana qarşı cinayət təqibinin başlanması ilə bağlı vəsatətini təmin edib.
Sizinxeber.az xəbər verir ki, artıq “Hayastan” partiyasının parlament fraksiyasının rəhbəri Seyran Ohanyan və fraksiyanın katibi Artsvik Minasyana qarşı cinayət işi başlana bilər.
Parlament sədrinin mətbuat katibi, baş prokuror Anna Vardapetyanın artıq parlamentin Alen Simonyana müvafiq ərizə ilə müraciət etdiyini bildirib. Belə ki, parlament gizli səsvermə yolu ilə cinayət təqibinə razılıq verməlidir.
Qeyd edək ki, söhbət 2010-2015-ci illərdə Qeqarkunik rayonunda 10,5 min kvadratmetr torpaq sahəsinin qanunsuz mənimsənilməsindən gedir.
Ohanyan müdafiə naziri olarkən bu torpağı mənimsəməkdə və büdcə hesabına malikanə tikməkdə ittiham olunur.
Minasyan isə 2016-2018-ci illərdə Təbiəti Mühafizə naziri olarkən Ohanyanın hərəkətlərinə hüquqi qiymət vermək üçün tədbirlər görməyib.
Oxşar xəbərlər
Ermənistan parlamenti iki deputatın toxunulmazlığını ləğv edib
Seyran Ohanyan: “Ermənistan hakimiyyəti yerli orqanları və məhkəmə sistemini ələ keçirməyə çalışır”
Erməni spiker “Ermənistan-Dağlıq Qarabağ parlamentlərarası komissiyası”nın buraxılmasının zəruri olduğunu bildirib
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Serj Sarkisyanın kürəkəni Mikael Minasyana qarşı cinayət işi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













