Hantavirusla bağlı yeni YOLUXMALAR
Avropada son günlər hantavirusla bağlı aşkarlanan yeni yoluxma halları narahatlıq yaradıb. Xüsusilə İsveçrədə təsdiqlənən infeksiya sonrası səhiyyə qurumları təhlükənin genişlənə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Sizinxeber.az xarici mediaya istinadən xəbər verir ki, kənd təsərrüfatı və meşəlik ərazilərdə gəmirici populyasiyasının artması virusun yayılma riskini yüksəldir. İqlim dəyişiklikləri və beynəlxalq səyahətlərin intensivləşməsi də təhlükəni artıran əsas amillər sırasında göstərilir.
Hantavirus ilk dəfə 1950-ci illərdə Koreya müharibəsi zamanı ağır tənəffüs və böyrək çatışmazlığı halları ilə gündəmə gəlib. Sonrakı araşdırmalar nəticəsində virusun əsas daşıyıcılarının gəmiricilər olduğu müəyyən edilib. İnsanlara yoluxmanın isə əsasən gəmiricilərin sidik, nəcis və tüpürcəyi ilə çirklənmiş hava hissəcikləri vasitəsilə baş verdiyi açıqlanıb.
Qeyd edək ki, 1993-cü ildə Amerika Birləşmiş Ştatlarında qeydə alınan hantavirus epidemiyası yüksək ölüm göstəricisi ilə diqqət çəkmişdi. Daha sonra Argentina və Çilidə aşkarlanan "Andes" variantının insandan insana keçmə ehtimalı alimlər arasında ciddi narahatlıq yaradıb.
Oxşar xəbərlər
"Space"in yeni rəhbəri kimdir? - DOSYE
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
