Kardinal Dzuppi Vatikanın Ukraynaya humanitar missiyasını davam etdirəcək
İtaliya Yepiskopları Konfransının rəhbəri kardinal Matteo Dzuppi Ukrayna nizamlanmasının asanlaşdırılması üçün nəzərdə tutulan humanitar missiyasını davam etdirəcək.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə o, özü məlumat verib.
“Bəli, missiyam davam edəcək. Bu, sırf humanitar xarakter daşıyır”, - deyən kardinal yaxın gələcəkdə Rusiyanın Vatikandakı səfirliyi ilə razılaşdırılaraq gələcək addımların müzakirə ediləcəyini bildirib.
Bu iş çərçivəsində Müqəddəs Taxt-Tacın yardımı ilə əsirlərin dəyişdirilməsi və uşaqların qaytarılması ilə bağlı razılıq prosesi gedir. Dzuppi qeyd edib ki, tərəflərin bu məsələlər üzrə birbaşa dialoq aparmağa nail olması son dərəcə vacibdir.
Xatırladaq ki, Dzuppi əvvəlki Roma Papası Fransisk tərəfindən Ukrayna üzrə xüsusi elçi təyin edilmişdi. Dzuppinin sözlərinə görə, yeni pontifik - XIV Leo da bu işin humanitar aspektlərdə davam etdirilməsini dəstəkləyib. O, missiyası çərçivəsində ilk olaraq Kiyev, Moskva, Vaşinqton (hələ Cozef Bayden administrasiyası dövründə) və Pekində olub.
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri Macarıstanda rəsmi səfərdədir
Roma Papası xəstəxanaya yerləşdirilib
İlham Əliyev: Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək
Sikstin kapellasında Roma Papası seçkiləri başlanıb
Lavrov Roma Papasının Ukrayna üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zelenski Rusiyanın 10 rabitə operatoruna sanksiya tətbiq edib
-
Ərdoğan futbol üzrə Türkiyə yığmasına uğurlar arzulayıb
-
Şotlandiya millisinin baş məşqçisi Klark: "Hər kəs bildirirdi ki, mütləq qələbə qazanmalıyıq"
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
BFMTV: İyunun 17-də Versal sarayında Trampın şərəfinə rəsmi qəbul veriləcək
