İspaniyada on minlərlə insan hökumətə etiraz edib
Madridin mərkəzində minlərlə insan İspaniyanın Baş naziri Pedro Sançes hökumətinə və hakim Sosialist Fəhlə Partiyasına qarşı etiraz aksiyası keçirib.
"Report"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, aksiyanı müxalifətdə olan Xalq Partiyası təşkil edib. Bölgədəki mərkəzi hökumətin nümayəndə heyətinin məlumatına görə, mitinqdə 45-50 min nəfər iştirak edib. Təşkilatçılar isə aksiyada 100 min etirazçının olduğunu elan ediblər.
Kütləvi narazılığa səbəb hökumətə, Baş nazirin ətrafına və ailə üzvlərinə aid edilən korrupsiya qalmaqalları olub. Xalq Partiyasının lideri Alberto Nunes Feyxoo etirazçılar qarşısında çıxış edib. O, vətəndaşları “demokratiya ilə hesablaşaraq seçki keçirməyə” çağırıb. Partiya sədri vurğulayıb ki, indi yeni seçkilər keçirilməlidir.
Eyni zamanda hakim İspaniya Sosialist Fəhlə Partiyasının nümayəndələri aksiyanı “uğursuz” kimi qiymətləndiriblər. Ölkənin Təhsil Nazirliyinin rəhbəri Pilar Aleqria qeyd edib ki, “Estopa” musiqili qrupu Feyxoodan daha çox tamaşaçı cəlb edir.
Bu artıq Feyxoonun siyasi qüvvəsi tərəfindən təşkil edilən altıncı aksiyadır. Mayın 10-da Madriddə Baş nazirin istefası tələbilə 25 minə yaxın insanın iştirak etdiyi etiraz aksiyası keçirilib.
Oxşar xəbərlər
İspaniyada daşqınların fəsadlarına görə yüz mindən çox insan etiraz aksiyasına çıxıb
İspaniya müxalifəti hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan olunmasını tələb edir
İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib
Parisin mərkəzində minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib
Parisdə etiraz aksiyası zamanı polis gözyaşardıcı qaz tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
