Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
ABŞ müdafiə naziri Pit Heqset Prezident Donald Trampın məxfi məlumatların sızması ilə bağlı qalmaqala yanaşmasından daha çox narahat olur və işdən çıxarıla biləcəyindən ehtiyatlanır.
“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Tramp Heqsetin ətrafındakı insanlardan onun işi barədə soruşmağa başlayıb, ABŞ liderinin məsləhətçiləri isə Pentaqon rəhbərinin KİV-dəki son çıxışlarını diqqətlə izləyirlər.
"Heqset Trampın vəziyyəti necə qavraması, həmçinin özünün işdən çıxarılma ehtimalına görə getdikcə daha çox narahat olur", - qəzet yazıb.
Ötən həftə Heqsetin üç yüksək rütbəli köməkçisi məxfi məlumatların ehtimal olunan sızması ilə bağlı aparılan araşdırma çərçivəsində vəzifələrindən uzaqlaşdırılıb.
Oxşar xəbərlər
KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb
Ağ Ev: Tramp Heqsetin arxasında dayanır
Pentaqon rəhbəri məxfi məlumatları “Signal”da paylaşıb
Pentaqon rəhbəri: Tramp Rusiya-Ukrayna müharibəsi kontekstində uğurlu danışıqlar aparır
Tramp Pentaqon rəhbərindən razı olduğunu bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













