Meksika Los-Ancelesdə miqrantlara qarşı reydlərdən narahatlığını ifadə edib
sizinxeber.az xəbər saytı

Meksika Los-Ancelesdə miqrantlara qarşı reydlərdən narahatlığını ifadə edib


Meksika, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən ABŞ-nin müxtəlif şəhərlərində, xüsusilə Los-Ancelesdə (Kaliforniya ştatı) son zamanlar həyata keçirdiyi və miqrantların, o cümlədən Meksika vətəndaşlarının saxlanılması ilə nəticələnən əməliyyatlardan dərin narahatlığını ifadə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, Meksika hökuməti qətiyyətlə ABŞ hakimiyyətini bütün miqrasiya prosedurlarının insan ləyaqətinə hörmət və qanunun aliliyi çərçivəsində lazımi hüquqi təcrübəyə uyğun həyata keçirilməsini təmin etməyə çağırıb.

Meksika XİN bildirib ki, ölkənin ABŞ-dakı konsulluq şəbəkəsi vasitəsilə saxlanılan meksikalıların adekvat hüquqi məsləhət və ədalətli rəftar almasını təmin etmək üçün konsulluq yardımı və müdafiə mexanizmləri işə salınıb.

Amerika mediasının məlumatına görə, Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanması cümə günü başlayıb və şənbə günü axşama qədər azı 44 nəfər immiqrasiya qanunlarını pozmaqda ittiham olunaraq həbs edilib. Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə nümayişlər başlayıb.

“CBS” telekanalının məlumatına görə, etirazçılar asayiş keşikçilərinin işinə mane olmağa çalışıb, yolu bağlayıb, polis əməkdaşlarına daş və fişənglər atıblar. Artıq ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini oraya göndərib.

Oxşar xəbərlər

Honduras Meksika-ABŞ sərhədinə xüsusi komissiya göndərəcək
Pentaqon Meksika ilə sərhədə nəzarəti gücləndirmək üçün hər şeyi edəcək
Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib
KİV: Meksika miqrantlara görə böhranla üzləşə bilər
Meksika millisinin kapitanı yığma karyerasını başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər