sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Honduras Meksika-ABŞ sərhədinə xüsusi komissiya göndərəcək
Honduras Meksika-ABŞ sərhədinə miqrantların vəziyyətini yoxlamaq üçün xüsusi komissiya göndərir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Honduras Prezidenti Siomara Kastro sosial şəbəkələrdə məlumat yayıb.
"Mən yeni yaradılmış miqrasiya məsələləri üzrə idarəetmə komitəsinə 72 saat ərzində ABŞ-nin cənub və Meksikanın şimal sərhədində miqrantların vəziyyətini yoxlamaq üçün texniki missiya həyata keçirməyi tapşırdım", - o qeyd edib.
Onun sözlərinə görə, radikal miqrasiya siyasəti fonunda Honduras "qarşılıqlılıq və hörmət siyasətinin hər iki ölkənin xalqlarının rifahı naminə təsdiqlənməsi" üçün ABŞ ilə sıx dialoqu dəstəkləməyə hazırdır.
Oxşar xəbərlər
Honduras ABŞ ilə ekstradisiya müqaviləsini ləğv edəcək
WP: Tramp Meksika sərhədinə 10 min hərbçi göndərməyə hazırlaşır
Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
ABŞ qanunsuz miqrantları hər gün deportasiya etməyi planlaşdırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













