Mask Trampın dəstəklədiyi qanun layihəsini tənqid edib
sizinxeber.az xəbər saytı

Mask Trampın dəstəklədiyi qanun layihəsini tənqid edib


ABŞ sahibkarı İlon Mask Prezident Donald Trampın dəstəklədiyi Respublikaçılar Partiyasının xərclər haqqında qanun layihəsini kəskin tənqid edib.

"Sizinxeber.az"un xəbərinə görə, o, "X" sosial şəbəkəsindəki səhifəsində yazdığı paylaşımda qanunu "çox pis iyrənclik" adlandırıb.

"Bağışlayın, amma mən sadəcə buna daha dözə bilmirəm. Bu böyük, hədsiz xərclər haqqında qanun layihəsi çox pis bir iyrənclikdir. Buna səs verənlər utanırsınız: siz səhv etdiyinizi bilirsiniz", - milyarder yazıb.

Onun fikrincə, qanunun qəbulu onsuz da nəhəng olan büdcə kəsirini əhəmiyyətli dərəcədə artıraraq 2,5 trilyon dollara çatdıracaq və Amerika vətəndaşlarını “əzilən dərəcədə dayanıqlı olmayan borc”la yükləyəcək.

Bundan əvvəl Ağ Ev elan edib ki, İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasının Amerika Hökumətinin Səmərəliliyinin Artırılması Departamentini (DOGE) tərk edir. Qərar, Maskın CBS-yə verdiyi müsahibədə administrasiyanın təklif etdiyi və Nümayəndələr Palatasının dəstəklədiyi xərclərin azaldılması qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul olunub.

Oxşar xəbərlər

AP: Mask Tramp administrasiyasından gedir
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Navarro Mask ilə münasibətlərdə gərginliyin olmasını təkzib edib
Mask Trampdan ABŞ-nin cavab tariflərinə yenidən baxmağı xahiş edib
ABŞ Konqresi Trampın xərclərin azaldılması qanun layihəsini dəstəkləyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər