Kanada mayın əvvəlində ABŞ ilə rüsumlar üzrə danışıqlara başlayacaq
Kanada hökuməti may ayının əvvəlində ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə rüsumlar üzrə ətraflı danışıqlara başlayacaq.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Kanada Baş naziri Mark Karni jurnalistlərə bildirib.
“Biz bu rüsumlara cavabımızı və əsas strategiyamızı yenidən nəzərdən keçirdik ki, kanadalıların seçdiyi növbəti hökumətin Amerika Birləşmiş Ştatları ilə danışıqlar aparmaq üçün mümkün olan ən yaxşı mövqedə olmasını təmin edək, prezidentlə (Tramp – red.) razılaşdığımız kimi, bu danışıqlar may ayının əvvəlində başlanacaq”, – Baş nazir kabineti ilə Amerika rüsumları mövzusunda müşavirədən öncə bildirib. Hökumət başçısı təfərrüatlara varmayıb və mətbuatın heç bir sualına daha cavab verməyib.
Daha əvvəl Karni bildirmişdi ki, belə danışıqlar "seçkilərdən sonrakı gün" başlanacaq. Kanadada növbədənkənar parlament seçkiləri aprelin 28-də keçiriləcək.
Aprelin 2-də Tramp bəyan etmişdi ki, onun ölkəsi idxal olunan mallar üçün minimum gömrük rüsumu dərəcəsini 10 % həcmində müəyyən edəcək. Ayrı-ayrı dövlətlər üçün o, fərdi tariflər müəyyən edib. Bundan başqa, Amerika administrasiyası aprelin 3-dən idxal olunan bütün avtomobillərə 25 % həcmində gömrük rüsumları tətbiq edib.
Aprelin 3-də Ottava ABŞ-dən idxal olunan bütün avtomobillərə 25 % həcmində cavab rüsumları tətbiq edib.
Oxşar xəbərlər
Tramp Kanadanın baş nazirilə danışığı müsbət dəyərləndirib
Tramp və Karni Kanadadakı seçkilərdən sonra görüşəcək
KİV: Tramp Trüdo ilə telefon danışığı aparıb
Tramp: Kanada vergiləri azaltmaq üçün ABŞ-nin 51-ci ştatı olmalıdır
Kanada ABŞ-yə qarşı tariflərin bir hissəsini təxirə salıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
