Makron: Fransa və Vyetnam 9 milyard avroluq müqavilələr imzalayıb
sizinxeber.az xəbər saytı

Makron: Fransa və Vyetnam 9 milyard avroluq müqavilələr imzalayıb


Fransa və Vyetnam ümumilikdə 9 milyard avro dəyərində müqavilələr bağlayıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bunu Vyetnama dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.

"Səfər çərçivəsində 9 milyard avro məbləğində müqavilələr imzalanıb", - o qeyd edib.

Makronun sözlərinə görə, demək olar ki, bütün əsas sektorlarda, o cümlədən aviasiya və dəmir yolu sahələrində bağlanmış müqavilələr iki dövlət arasında müdafiə, aviasiya və energetika sahələrində möhkəm əlaqələrin mövcudluğunu vurğulayır.

2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 12,9 % artaraq 5,42 milyard dollara çatıb.

Oxşar xəbərlər

Almaniya bu il Ukraynaya təxminən 7,1 milyard avro məbləğində silah tədarük edib
Makron: Fransa ABŞ-dən olan alimlərin qəbulu üçün 100 milyon avro ayıracaq
Almaniya 2024-cü ildə 13,3 milyard avroluq silah ixrac edib
Fransa hökuməti vergilərin artırılması ilə bağlı 53 milyard avroluq tədbirlər hazırlayır
Ötən il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 3,7 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər