Fransa hökuməti vergilərin artırılması ilə bağlı 53 milyard avroluq tədbirlər hazırlayır
sizinxeber.az xəbər saytı

Fransa hökuməti vergilərin artırılması ilə bağlı 53 milyard avroluq tədbirlər hazırlayır


Fransa hökuməti xərclərin azaldılması və vergilərin artırılması üçün 53 milyard avro məbləğində tədbirlər hazırlayır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkənin büdcə məsələləri üzrə naziri Ameli de Monşalen TF1 telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, müzakirə olunan paket 32 milyard avro məbləğində büdcə qənaətinə nail olmağa imkan verəcək addımları, həmçinin vergi gəlirləri şəklində əlavə 21 milyard avro cəlb etməyi əhatə edəcək.

A.Monşalen 2025-ci il üçün büdcə razılaşmasının yanvarın sonuna qədər əldə olunacağına ümid edir: "Bu büdcədə biz dövlət xərclərini azaltmaq üçün tarixi cəhd edəcəyik. Biz orta və işçi sinif üçün vergiləri artırmaq niyyətində deyilik".

Oxşar xəbərlər

Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib
Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq
Fransanın baş naziri ölkədə yüksək maliyyə böhranı riski barədə xəbərdarlıq edib
Fransa dövlət borcunu qaytarmaqda çətinliklə üzləşib, şirkətlərin vergisi artırılacaq
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər