İsrail Qəzzanın 75 %-i üzərinə nəzarət etməyi planlaşdırır
İsrail Müdafiə Ordusu növbəti iki ay ərzində Qəzza zolağının 75 %-i üzrərində tam nəzarət qurmağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə ordunun sənədlərinə istinadən “The Times of Israel” qəzeti yazır.
Nəşr qeyd edib ki, İsrail hələ ki, Qəzza ərazisinin təxminən 40 %-nə tam nəzarət edir.
Nəzarət zonası ilə bağlı göstərilən hədəflər quru əməliyyatının genişləndirilməsi ilə bağlıdır, bu da HƏMAS-a məxsus infrastrukturdan ərazinin tam təmizlənməsini, binaların əksəriyyətinin sökülməsini və yaxın perspektivdə nəzarətə götürülməsini nəzərdə tutur.
Qəzzanın mülki əhalisi üç təhlükəsizlik zonasında - Qəzza şəhərinin mərkəzində, Deyr əl-Balah şəhərində və Nuseyrat qaçqın düşərgəsində yerləşməli olacaq. İsrail və ABŞ-nin dəstəyi ilə yaradılmış Qəzza Humanitar Yardım Fondu (GHF) bu zonalarda ərzaq və digər zəruri malları paylamalı olacaq.
Oxşar xəbərlər
İsrail Ordusu HƏMAS-ın hərbi qanadının komandirini zərərsizləşdirib
İsrail Ordusu Qəzzanın cənubunda quru əməliyyatlarını genişləndirir
İsrail Qəzzada məktəbə hava zərbələri endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
