

Əraqçi: İran atomdan dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Vatikanın Dövlət katibi kardinal Pietro Parolin və dövlətlərlə əlaqələr üzrə katibi Pol Qallaher ilə görüşüb.
“Sizinxeber.az” İran XİN-ə istinadən xəbər verir ki, görüş İran nümayəndə heyətinin nüvə proqramı üzrə ABŞ ilə danışıqlarda iştirak etmək üçün səfəri çərçivəsində baş tutub.
İranlı nazir Roma Papası Fransiskin bu yaxınlarda vəfatı ilə əlaqədar başsağlığı verib və XIV Leonun yeni Papa seçilməsi münasibətilə təbrik edib.
Əraqçi deyib ki, İran xalqının nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var və Müqəddəs Taxt-tac rəsmilərinə Vaşinqtonla danışıqların gedişi barədə məlumat verib.
Tərəflər Qəzza zolağındakı vəziyyəti də müzakirə edib və Yaxın Şərqdəki gərginliyin aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Həmsöhbətlər həmçinin İran və Vatikan arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, dinlərarası dialoq və münaqişələrin sülh yolu ilə həlli məsələlərini müzakirə ediblər.
Oxşar xəbərlər
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
İran nüvə danışıqlarını müzakirə etmək üçün ABŞ-yə şərt qoyub
İran XİN: Tehran və Vaşinqton yalnız nüvə dosyesini müzakirə edəcək - YENİLƏNİB 1
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
