Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti məlum olub - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2025
21:50

Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti məlum olub - YENİLƏNİB

25 may, 2025
21:50
932

Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti məlum olub - YENİLƏNİB

Mayın 25-i saat 15:00 radələrində Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 1991-ci il təvəllüdlü şəxs döş qəfəsinin sağ tərəfində açıq yara diaqnozu ilə hospitalizasiya olunub.

TƏBİB-dən APA-ya verilən məlumata görə, xəstəyə zəruri tibbi yardım göstərilib.

Onun vəziyyəti ağır qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.


***
20:31

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, insident rayonda yerləşən kafelərin birində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır, polis əməkdaşları insidentin baş verdiyi məkanda araşdırmalara başlayıb.

Bizimlə əlaqə saxlayın