Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi” » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2025
22:30
0
0
1 556
ff

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”

25 may, 2025
22:30
1 556

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Azərbaycanda keçirilən dünya çempionatının əvvəlkilərdən fərqləndiyini, turnirin ən gözəl şəkildə keçiriləcəyinin əvvəlcədən bəlli olduğunu bildirib.

“Sizinxeber.az” xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi, həmçinin Azərbaycan millisini yarışın ən güclü komandalarından biri kimi qiymətləndirib:

“Azərbaycanda keçirilən dünya çempionatı təşkilatçılıq baxımından əvvəlkilərdən çox fərqləndi. Keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirmişdik. Oradakı stadion açıq havada, sahildə tikilmişdi. Ən böyük fərq odur ki, bu dəfə dünya çempionatını təşkil edən ölkənin komandası yarışın 3 ən güclü iştirakçılarından biridir. Bu səbəbdən turniri ən gözəl şəkildə keçirəcəkləri bəlli idi”.

Bizimlə əlaqə saxlayın

×
×