Premyer Liqa: Mövsümün son matçında “Zirə” “Araz-Naxçıvan”ı məğlub edib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: Mövsümün son matçında “Zirə” “Araz-Naxçıvan”ı məğlub edib


Misli Premyer Liqasında 2024/2025 mövsümünün son matçında “Zirə” “Araz-Naxçıvan”ı məğlub edib.

“Sizinxeber.az” xəbər verir ki, “Liv Bona Dea Arena”da baş tuan görüş Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın 1:0 hesablı qələbəsi ilə nəticələnib.

Matçın yeganə qolunu 58-ci dəqiqədə Junior Martins rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 74-ə yüksəldən “Zirə” mövsümü ikinci pillədə başa vurub. “Araz-Naxçıvan” isə 58 xalla üçüncü olub.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" səfərdə "Səbail"i (4:1), "Qarabağ", "Şamaxı"nı (1:0), “Sabah” “Neftçi”ni (1:0), “Turan Tovuz” isə “Kəpəz”i (4:0) məğlub edib.

Oxşar xəbərlər

Premyer Liqa: "Sumqayıt" doğma meydanda "Sabah"ı məğlub edib
Azərbaycan Premyer Liqası: "Sabah" - "Araz-Naxçıvan" matçında qalib müəyyənləşməyib
Premyer Liqa: "Kəpəz" "Neftçi"ni məğlub edib
Premyer Liqa: "Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlub edib
"Neftçi" "Araz-Naxçıvan"a məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər