Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Azərbaycanda səfərdədir
Azərbaycan Prokurorluğu və BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə 19–23 may tarixlərində Bakı şəhərində sözügedən beynəlxalq təşkilatın Altıncı Plenar İclas və İdarəetmə Komitəsinin Onuncu Görüşü keçirilir. Bu gün, Baş prokuror Kamran Əliyev, Avropa Dövlət Prokurorluğunun Baş Prokurorunun müavini Petr Klementinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Baş Prokurorluqdan məlumat verilib.
Baş prokuror görüş zamanı qanunun aliliyi və ədalətin təmin edilməsində Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Avropa Prokurorluğu arasında əlaqə mexanizminin yaradılması və gücləndirilməsinin vacibliyini qeyd edib.
Petr Klementin isə, görüşdə Azərbaycanda həyata keçirilən hüquqi islahatların və bu islahatların beynəlxalq hüquq və ədalət prinsipləri ilə uyğunluğunu müsbət qiymətləndirib. O, həmçinin, Azərbaycanın hüquqi sisteminin inkişafı istiqamətində atdığı addımları alqışlayıb və Avropa Prokurorluğunun bu islahatları dəstəkləməyə davam edəcəyini bildirib.
Görüşdə, bütün dünyada antikorrupsiya hüquq-mühafizə orqanları arasında birbaşa əməkdaşlığın gücləndirilməsi məsələsi də müzakirə edilib. Kamran Əliyev, GLOBE Şəbəkəsinin bu sahədəki əhəmiyyətini vurğulayıb və Azərbaycanın bu şəbəkə ilə əməkdaşlığını daha da inkişaf etdirməyə maraqlı olduğunu bildirib.
Bundan əlavə, hüquqi əməkdaşlığın genişləndirilməsi, cinayətkarlıqla mübarizə sahəsində bilik və təcrübə mübadiləsi, habelə beynəlxalq hüquq normalarına uyğun fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Görüş, Azərbaycan ilə Avropa İttifaqı arasında hüquqi əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm addım olub.
Oxşar xəbərlər
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Petr Klementin Azərbaycanda səfərdədir
Baş prokuror BMT-nin Korrupsiya və iqtisadi cinayətlər üzrə şöbəsinin rəhbəri ilə görüşüb
Çin Baş prokurorunun birinci müavini Azərbaycana gəlib
Bakıda BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilir
Korrupsiyaya qarşı mübarizə üzrə Qlobal Əməliyyat Şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi olacaq
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
