Səudiyyə Ərəbistanı nümayəndəsi “GlobE Network”un 6-cı plenar sessiyasındakı təşkilatçılığı yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin nümayəndəsi Meşari Alatiya Bakıda keçirilən “GlobE Network”un 6-cı plenar sessiyasının təşkilat səviyyəsini yüksək qiymətləndirib.
"Sizinxeber.az" xəbər verir ki, o, bu barədə tədbir çərçivəsində jurnalistlərə açıqlama verib.
"İlk növbədə, Azərbaycan xalqı və Baş Prokurorluq tərəfindən bizə göstərilən qonaqpərvərliyi qeyd etmək istəyirəm. Bakıya gəldiyimiz andan etibarən göstərilən qonaqpərvərlik həqiqətən müstəsna idi. Bu mənim Bakıya ilk səfərimdir və məndə böyük təəssürat yaratdı. Həm qədim şəhəri, həm də müasir binaları gördüm. Xüsusilə gecə işıqlandırılan "Alov qüllələri" məni heyran etdi - bu çox valehedici idi", - M.Alatiya bildirib.
O həmçinin “GlobE Network” çərçivəsində Bakıda təşkil olunan qlobal tədbirlərin əhəmiyyətini qeyd edib:
"Burada olmağıma şadam. Biz məhsuldar müzakirələr və əhəmiyyətli nəticələr gözləyirik. Əsas gözləntilər arasında “GlobE Network” ölkələri arasında nümunəvi sazişin tanınması və digər məsələlər var".
Oxşar xəbərlər
Bakıda "GlobE Network"un altıncı plenar iclası keçirilir
De Moraes Soares: Bakıdakı müzakirələr "GlobE Network" platformasını gücləndirməlidir
Prezident İlham Əliyev "GlobE Network"un altıncı plenar iclasın iştirakçılarına müraciət edib
Nil Uolş: “GlobE Network”də korrupsiyanın qarşısının alınması ilə bağlı məsələlərin geniş spektri nəzərdən keçirilməlidir
Romualdo Conam: Mozambik Bakıda “GlobE Network” çərçivəsində qarşılıqlı əlaqənin genişləndirilməsini müzakirə etməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
