

EBRD Azərbaycandakı layihələrin cari portfelini yeniləyib
Aprelin 30-na olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 1,004 milyard avro təşkil edib.
“Sizinxeber.az” EBRD-yə istinadən xəbər verir ki, portfelin 38 %-i özəl sektorun payına düşür.
Fevralın 28-nə olan göstərici ilə müqayisədə portfelin həcmi 7,55 % və ya 82 milyon avro azalıb.
EBRD-nin məlumatına görə, cari portfelin əsas hissəsi – 90 %-i (903 milyon avro) dayanıqlı infrastrukturun inkişafına yönəlib, 5 %-i (50 milyon avro) korporativ sektora, digər 5 %-i (51 milyon avro) isə maliyyə institutlarına yönəlib.
Ümumilikdə EBRD 197 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3,778 milyard avrodan çox sərmayə qoyub. Bankın məcmu ödənişləri 3,089 milyard avro, məcmu ödənişlərin və verilmiş zəmanətlərin ümumi həcmi isə 3,41 milyard avro təşkil edib.
2024-cü ildə EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsinə ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb ki, bu da əvvəlki illə müqayisədə 27,56 % (43 milyon avro) artım deməkdir.
Oxşar xəbərlər
EBRD Azərbaycandakı cari layihələr portfelini artırıb
EBRD 2022-ci ilin fevralından bəri Ukraynaya 7 milyard avro ayırıb
EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb
EBRD-nin Azərbaycana ümumi investisiyaları artıb
EBRD Azərbaycan üzrə investisiya portfelinin həcmini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda sürət qatarı piyadanı vurub
-
Prezident İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul edib - YENİLƏNİB
-
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb
-
Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
-
“Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
-
“Qarabağ” tarixinin rekordunu təkrarlayıb
