ABŞ Cənubi Koreyadan minlərlə hərbçisini çıxara bilər
ABŞ prezidenti Donald Trampın administrasiyası 4,5 minə yaxın amerikalı hərbçinin Cənubi Koreyadan Hind-Sakit okean regionuna, o cümlədən Sakit okeandakı Quam adasına köçürülməsi imkanını öyrənir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən Wall Street Journal (WSJ) məlumat yayıb.
Qeyd olunub ki, təşəbbüs Pentaqon tərəfindən hazırlanır. Plana əsasən, kontingentin bir hissəsi ABŞ-ın Sakit okeandakı strateji bazası olan Quama və regionun digər məntəqələrinə köçürülə bilər.
Təklif Vaşinqtonun KXDR ilə bağlı siyasətinin qeyri-rəsmi baxışının bir hissəsi kimi Trampın nəzərdən keçirməsi üçün hazırlanır.
Bununla belə, yekun qərar Ukrayna ətrafında vəziyyətin inkişafından asılı olacaq: Amerika rəsmiləri vurğulayırlar ki, Kiyevə hərbi dəstək perspektivləri aydınlaşdırılmayana qədər Asiyada qoşunların azaldılması məsələsi həll olunmayacaq.
Oxşar xəbərlər
ABŞ dəniz piyadalarını Okinavadan Quama köçürür
Pentaqon Rusiya, Çin və KXDR arasında əməkdaşlıqdan narahatdır
ABŞ Müdafiə Nazirliyi Sakit okeanda təlimlərini genişləndirməyi planlaşdırır
Dörd ölkə Hind-Sakit okeanı regionundakı təhlükəsizliyi müzakirə edib
ABŞ Sakit okeanda narkotik vasitələrin ticarətini azaltmağa çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













