Sudanda üsyançıların hücumu nəticəsində 124 nəfər həlak olub
Sudanın şərqindəki Əl-Qəzirə əyalətinin Əl-Sireha kəndinə Çevik Reaksiya Qüvvələrinin (RRF) silahlı hücumu nəticəsində azı 124 nəfər ölüb, yüzə yaxın insan yaralanıb.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Vad-Medani şəhərinin Müqavimət Komitəsi məlumat yayıb.
Qeyd olunub ki, kəndə hücum üsyançılar tərəfindən onların bu yerlərdən olan komandiri Abuaqla Keykalın Sudan ordusuna keçdikdən sonra qisas almaq məqsədilə həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ilin aprelində general Məhəmməd Həmdan Dağlonun rəhbərliyi altında RRF hazırkı hökumət və ordu ilə silahlı münaqişəyə girib. Müharibə 11 milyondan çox insanın didərgin düşməsinə və ölkənin bəzi bölgələrində şiddətli aclığa səbəb olub. ABŞ və digər ölkələr RRF-ni müharibə, insanlığa qarşı cinayətlərdə və xüsusilə Qərbi Darfurda etnik təmizləmədə ittiham edib.
Oxşar xəbərlər
Sudanda artilleriya zərbələri nəticəsində onlarla insan həlak olub
Sudanda bazarın atəşə tutulması nəticəsində 15 nəfər ölüb
Əfqanıstanda silahlı şəxslərin hücumu nəticəsində 14 nəfər həlak olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
