Sudan həbsxanasına dronun hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb
Sudanın Qərbində yerləşən Şimali Kordofan əyalətinin Əl-Obeyd şəhərindəki mərkəzi həbsxanaya pilotsuz uçuş aparatının hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi yerli iqtidar orqanlarına istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlər və yaralananların hamısı məhbuslardır. Hökumət nümayəndəsi Xalid Əli Əleysir bu hadisədə Çevik Reaksiya Qüvvələrini (ÇRQ) günahlandırıb.
"Bu, sudanlı mülki şəxslərə qarşı silahlı qrupların törətdiyi cinayətlərin uzun siyahısına əlavə olunan tammiqyaslı hərbi cinayətdir", – o bildirib və əlavə edib ki, ÇRQ şənbə günü səhər saatlarında Əl-Obeyd xəstəxanasına da dronla zərbə endirib.
Hadisənin şahidi "Xinhua"ya deyib ki, həbsxanaya üç dronla təxminən beş raket buraxılıb və onlardan təxminən üçü birbaşa binaya dəyib.
Oxşar xəbərlər
“Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var – YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: “Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var – YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əfqanıstanda terror aktı nəticəsində 6 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sudanda artilleriya zərbələri nəticəsində onlarla insan həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sudanda qaçqın düşərgələrinə hücumlar nəticəsində 20 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












