Zelenski: Danışıqlar nəticəsiz olarsa, Kiyev tərəfdaşlarından daha təsirli sanksiyalar gözləyir
sizinxeber.az xəbər saytı

Zelenski: Danışıqlar nəticəsiz olarsa, Kiyev tərəfdaşlarından daha təsirli sanksiyalar gözləyir


Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, İstanbuldakı danışıqlar nəticə verməyəcəyi halda Kiyev tərəfdaşlarından Rusiyaya qarşı daha təsirli sanksiyalar gözləyir.

“Report” xəbər verir ki, Zelenski bunu Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna yalnız təhlükəsizlik zəmanətləri və beynəlxalq razılaşmalara riayət olunmaqla ədalətli sülhə razı olacaq.

"Bu, Prezident Ərdoğanın və digər tərəfdaşların da mövqeyidir. Ölkələrin suverenliyi və ərazi bütövlüyü pozulmazdır. Qarşıdakı danışıqlara gəlincə, Ukrayna mühüm qərarlar qəbul etmək səlahiyyəti olan yüksək səviyyəli nümayəndə heyəti ilə gəlib. Rusiya isə aşağı səviyyəli nümayəndə heyəti göndərib, görüş müharibəyə son qoya biləcək nəticələr verməyəcək", - o bildirib.

Ukrayna liderinin sözlərinə görə, bütün bunlar Moskvanın müharibəyə son qoyulması barədə danışmağa hazır olmamasından, siyasi iradənin yoxluğundan xəbər verir.

"Rusiya müharibəni başa vurmalı olduğunu hiss etmir. Atəşkəs və sülh barədə qərarlar əldə edilməsə, tərəfdaşlarımızdan Rusiyaya qarşı Moskvanı həqiqətən müharibəyə son qoymağa məcbur edəcək daha təsirli sanksiyalar gözləyirik", - o qeyd edib.

Oxşar xəbərlər

Ukrayna Prezidenti: Rusiya İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmayıb
Zelenski Ankarada Ukraynanın yeni səfirlik binasının açılışında iştirak edib
Zelenski: İstanbulda danışıqlar bu gün və ya sabah keçirilə bilər
Zelenski: Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək
Zelenski: Hamı Türkiyədə Putinlə görüşə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər