Sudanda artilleriya zərbələri nəticəsində onlarla insan həlak olub
sizinxeber.az xəbər saytı

Sudanda artilleriya zərbələri nəticəsində onlarla insan həlak olub


Çevik Reaksiya Qüvvələrinin Sudanın mərkəzindəki Sinnar qəsəbəsinə endirdiyi artilleriya zərbələri nəticəsində azı 20 nəfər ölüb, 70-dən çox adam yaralanıb.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə "Sinxua" agentliyi yerli təşkilatlara istinadən xəbər verir.

“Sinnar Gənclik Dərnəyi” bildirib ki, ordu qüvvələrinin şəhər bazarına və Əl-Muvazafin bölgəsinə ayrı-seçkilik etmədən hücum həyata keçirib, 20 nəfər ölüb və 100-dən çox insanın yaralanıb.

Bu arada “Sudan həkimləri” qeyri-hökumət təşkilatı Çevik Reaksiya Qüvvələrinin atəşi nəticəsində 21 nəfərin öldüyünü, 70-dən çox insanın yaralandığını bildirib və hücumu silahsız mülki əhalinin qırğını adlandırıb.

Oxşar xəbərlər

İsrail Qəzzaya hava zərbəsi endirib, üç nəfər ölüb
Zelenski: Rusiyanın Lvova hücumları nəticəsində 5 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər