“Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı var – YENİLƏNİB
Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.
Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.
“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.
Livandan buraxılmış pilotsuz uçuş aparatının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında düşməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “N12” telekanalı məlumat yayıb.
Bildirilib ki, azı səkkiz nəfər qəlpə yarası alıb, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.
Telekanal qeyd edib ki, ərazidə hava hücumu xəbərdarlığı olmayıb.
Oxşar xəbərlər
KİV: İsrailin şimalında dron hücumu nəticəsində 20 nəfər yaralanıb
Livandan İsrail ərazisinə 180-dən çox raket və PUA atılıb
İsrail HHQ Livanın cənubunda "Hizbullah" qüvvələrinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
