Təl-Əvivdə raket hücumu təhlükəsi elan edilib
sizinxeber.az xəbər saytı

Təl-Əvivdə raket hücumu təhlükəsi elan edilib


İsrailin mərkəzi bölgələrində, o cümlədən Təl-Əvivdə raket hücumu təhlükəsi ilə əlaqədar hava hücumu siqnalları səsləndirilib.

“Report” xəbər verir ki, İsrail Müdafiə Ordusu raket buraxılışının qeydə alındığını, onun Yəmən ərazisindən atıldığının ehtimal edildiyini bildirib və hadisə ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Qeyd etmək lazımdır ki, bu, İsrail Hərbi Hava Qüvvələrinin Səna hava limanını məhv etməsindən sonra Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı tərəfindən həyata keçirilən ilk belə hücumdur. İsrailin Səna şəhərinə endirdiyi zərbələr nəticəsində 38 nəfər yaralanıb, üç nəfər isə həyatını itirib.

Oxşar xəbərlər

Husilər İsrail aviabazasına ilk dəfə raket hücumu ediblər
Husilər Ben Qurion hava limanına növbəti raket zərbəsi endirib
İsrail Ordusu: İranın hücumu hava qüvvələrinin döyüş qabiliyyətinə zərər verməyib
İsrail Livandan gələn “şübhəli hava hədəfinin” ələ keçirildiyini açıqlayıb
İsrailin şimalında hava hücumu xəbərdarlığı elan edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle