sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Tramp Səudiyyə Ərəbistanında Putinlə görüşmək fikrində deyil
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə mayın ortalarında Səudiyyə Ərəbistanında görüşün baş tutmayacağını bildirib.
Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
"Mən belə düşünmürəm", - Tramp Ağ Evdə jurnalistlərin ABŞ Prezidentinin Yaxın Şərq turu zamanı Rusiya lideri ilə görüşünün mümkünlüyü ilə bağlı sualını cavablandırarkən deyib.
Bununla belə, Tramp qeyd edib ki, Rusiya və ABŞ çox yaxşı danışıqlar aparır.
Mayın 5-də Tramp Səudiyyə Ərəbistanında Putinlə mümkün görüşü açıqlayıb. O, jurnalistlərlə söhbətində deyib ki, yaxın vaxtlarda səfərə gedəcəyi Səudiyyə Ərəbistanında onunla Rusiya lideri arasında təkbətək görüş baş tuta bilər.
Oxşar xəbərlər
Tramp Səudiyyə Ərəbistanı səfərindən sonra Putinlə görüşə biləcəyinə eyham vurub
Tramp Rusiya və Ukrayna nümayəndələri ilə danışıqlar aparacağı yerləri açıqlayıb
Tramp Putinlə Səudiyyə Ərəbistanında görüşmək niyyətində olduğunu bildirib
Tramp Putin ilə görüşün mümkün vaxtını açıqlayıb
Tramp: Tezliklə Putinlə görüşəcəyəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













