Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
sizinxeber.az xəbər saytı

Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb


Bakı Olimpiya Stadionu ABŞ-ın Müstəqillik Günü ilə bağlı ABŞ bayrağının rənglərinə bürünüb.

Sizinxeber.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi bununla bağlı Azərbaycana təşəkkür edib.

“Təşəkkür edirik, Azərbaycan! ABŞ iyulun 4-də Amerika müstəqilliyinin 250 illiyini qeyd etməyə hazırlaşarkən, çərşənbə axşamı Bakının möhtəşəm Olimpiya Stadionunun ABŞ bayrağının qırmızı, ağ və mavi rənglərinə bürünməsi bizi çox sevindirdi. Bu dəyərli jest Amerika və Azərbaycan xalqları arasında davamlı dostluğun, qarşılıqlı hörmətin və möhkəm tərəfdaşlığın gözəl rəmzidir”, - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Tbilisi teleqülləsi və “Sülh körpüsü” Azərbaycan bayrağının rənglərində işıqlandırılıb - FOTO - VİDEO
İstanbulun Qalata qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisidə “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər