KİV: Tramp BMT-ni İsrailin Qəzzaya humanitar yardım çatdırılması planını dəstəkləməyə çağırıb
sizinxeber.az xəbər saytı

KİV: Tramp BMT-ni İsrailin Qəzzaya humanitar yardım çatdırılması planını dəstəkləməyə çağırıb


ABŞ Prezidenti Donald Trampın administrasiyası BMT-ni, humanitar təşkilatları və müttəfiqləri İsrailin Qəzzaya məhdud humanitar yardımın nəzarətli çatdırılması üzrə yeni planını dəstəkləməyə çağırır.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən bildirib.

“Tramp administrasiyası Birləşmiş Millətlər Təşkilatının, humanitar təşkilatların və ABŞ müttəfiqlərinin Qəzzada məhdud həcmdə humanitar yardımın paylanmasının bərpası üçün Yerusəlimin ciddi nəzarət edəcəyi şərtlərlə İsrailin yeni planında iştirak etməsində israr edir”, – nəşr bildirib.

Qəzetin yazdığına görə, ABŞ BMT və əksər digər təşkilatlar bu plana qatılmaqdan imtina etdikdən sonra yeni planı fəal şəkildə təşviq etməyə başlayıb.

Oxşar xəbərlər

Türkiyə MN: Humanitar yardımların Qəzzaya davamlı çatdırılması regionda atəşkəs üçün şərtdir
BMT İsrailin Qəzzada humanitar yardımın blokadaya alınmasını dayandırmağa çağırıb
WSJ: ABŞ Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yumşaldacaq
ABŞ və İsrail Qəzza sakinlərinə humanitar yardımın bərpası haqqında razılaşma hazırlayıblar
Almaniya XİN İsraili Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər