ABŞ və İsrail Qəzza sakinlərinə humanitar yardımın bərpası haqqında razılaşma hazırlayıblar
ABŞ və İsrail Qəzzada fələstinlilərə humanitar yardımın HƏMAS-ın nəzarəti olmadan çatdırılmasının bərpası barədə razılaşmaya yaxındırlar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “Axios” portalı məlumatlı İsrail və Amerika rəsmilərinə istinadən bildirib.
“Yeni mexanizm ehtiyacı olan insanlara dəstək göstərəcək və yardımın HƏMAS kimi terror qrupları tərəfindən yönləndirilməyəcəyinə, qarət edilməyəcəyinə və ya təyinatından kənar istifadə edilməyəcəyinə zəmanət verəcək”, – mənbələrdən biri bildirib.
“Axios”a görə, razılaşma nəzərdə tutur ki, yardım əməliyyatları beynəlxalq fond vasitəsilə həyata keçiriləcək, ona humanitar təşkilatlar rəhbərlik edəcək və məsləhət şurası tanınmış beynəlxalq xadimlərdən ibarət olacaq.
Portal qeyd edib ki, tərəflər fondun fəaliyyətini, o cümlədən humanitar yardımın alınmasını maliyyələşdirəcək donor ölkələrlə aktiv danışıqlar aparırlar.
Portal diqqətə çatdırıb ki, iki ay əvvəl Qəzzada atəşkəs razılaşmasının uğursuzluğundan sonra İsrail anklavda bütün humanitar yardım təchizatını – ərzaq, su və dərman təchizatını bloklayıb ki, bu da humanitar böhranı daha da ağırlaşdırıb.
İsrail rəsmiləri iddia edirlər ki, atəşkəs zamanı HƏMAS Qəzzaya daxil olan humanitar yardımın böyük hissəsini nəzarətə götürə bilib və onun satışından əldə edilən milyonlarla dolları “hərbi qanadının üzvlərinin xidmətlərinin ödənilməsi üçün” istifadə edib.
Oxşar xəbərlər
Almaniya XİN İsraili Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT agentliyi Qəzza zolağına humanitar yardımın çatdırılmasının azaldığını qeyd edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza zolağına göndərilən bütün humanitar yardımları yoxlayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜST Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT İsrailin Qəzzada humanitar yardımın blokadaya alınmasını dayandırmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












