BMT İsrailin Qəzzada humanitar yardımın blokadaya alınmasını dayandırmağa çağırıb
Üçüncü ölkələr İsrailin Qəzza zolağında humanitar yardımın blokadaya alınmasını dayandırmaq üçün hərəkət etməyə borcludurlar, burada həyati təminat sistemlərinin çökməsi ilə üz-üzədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Folker Türkün bəyanatında deyilir.
“Üçüncü ölkələrin beynəlxalq hüquqa əsasən bu cür hərəkətləri dərhal dayandırmaq üçün aydın öhdəlikləri var və onlar müvafiq şəkildə hərəkət etməlidirlər. Onlar həmçinin beynəlxalq hüquqa görə cinayət törədənləri, kim tərəfindən törədilməsindən asılı olmayaraq, axtarıb məsuliyyətə cəlb etməlidirlər”, – sənəddə qeyd olunub.
Türk xatırladıb ki, martın 2-dən bəri İsrail ərzaq, yanacaq və digər həyati vacib resursların çatdırılmasına mane olur, bu da çörək zavodlarının dayanmasına və ərzaq ehtiyatlarının sürətlə tükənməsinə yol açıb.
“Həyati vacib yardım təchizatının ümumi blokadası doqquzuncu həftəyə girərkən, bu humanitar fəlakətin yeni, misli görünməmiş səviyyələrə çatmasının qarşısını almaq üçün birgə beynəlxalq səylərə ehtiyac var”, – Türk vurğulayıb.
Oxşar xəbərlər
BMT: 2 milyona yaxın Qəzza sakini qida mənbəyindən məhrumdur
Almaniya XİN İsraili Qəzzaya humanitar yardımın çatdırılmasını bərpa etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
