Yəmənin Hodeyda limanı İsrailin zərbələri səbəbindən fəaliyyətini dayandırıb
Yəmənin Hodeyda ticarət limanı İsrailin hərbi təyyarələrinin kütləvi zərbələri səbəbindən işini dayandırıb.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatı husilərinin nəzarətində olan Əl-Hodeyda əyalətindəki mənbə bildirib.
"Zərbələrdən sonra limanda bütün əməliyyatlar dayandırılıb. İşlərin bərpası vaxtı liman infrastrukturunun dağıntısının miqyasından asılı olacaq və bu, yaxın günlərdə qiymətləndiriləcək", - məlumatda deyilir.
Mənbə qeyd edib ki, limanın tamamilə dağılıb-dağılmadığı hələ məlumi deyil. Onun sözlərinə görə, zərbələr nəticəsində konteynerdə və neft terminallarında güclü yanğın davam edir. Hazırda fövqəladə xidmətlərin əməkdaşları yanğını nəzarət altına almağa çalışır.
Qeyd edək ki, ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə güclü zərbələr endirib. Hücumun əsas hədəfi Qırmızı dəniz sahilində yerləşən Hodeyda ticarət limanı olub.
Oxşar xəbərlər
ABŞ və İsrail Yəmən ərazisinə birgə zərbələr endirib
Yəməndə sement zavoduna zərbə nəticəsində 42 nəfər xəsarət alıb - YENİLƏNİB
Yəməndə zavoda hava zərbələri nəticəsində onlarla insan xəsarət alıb
KİV: ABŞ və İsrail Yəmənə birgə zərbələr endirib
Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













