Yəməndə sement zavoduna zərbə nəticəsində 42 nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Yəməndə sement zavoduna zərbə nəticəsində 42 nəfər xəsarət alıb - YENİLƏNİB


İsrail və ABŞ-nin Hərbi Hava Qüvvələrinin Yəmənin Əl-Hodeyda əyalətindəki “Badjel” sement zavoduna endirdiyi zərbələr nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

"Badjel sement zavodunda Amerika-İsrailin hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb", - telekanalın xəbərində deyilir.

Günün əvvəlində Yəmənin “Ənsar Allah” hərəkatının Səhiyyə Nazirliyi Əl-Hodeydadakı “Badjel” sement zavoduna endirilən zərbələr nəticəsində azı 21 nəfərin yaralandığını bildirib.

05.05.2025.23:33

İsrailin Yəmənin husilərin nəzarətində olan Əl-Hodeyda əyalətində sement fabrikinə endirdiyi zərbələr nəticəsində azı 21 nəfər yaralanıb.

“Report” SABA agentliyinə istinadən xəbər verir ki, bu barədə üsyançıların Səhiyyə Nazirliyi məlumat yayıb.

“İlkin məlumata görə, ABŞ və İsrailin "Badjel" sement zavoduna endirdiyi zərbələr nəticəsində 21 mülki şəxs yaralanıb”, - açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün ABŞ və İsrail husilərin nəzarətində olan Hodeyda şəhərinə birgə güclü zərbələr endirməyə başlayıb.

Oxşar xəbərlər

Yəməndə zavoda hava zərbələri nəticəsində onlarla insan xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yəməndə sement zavoduna endirilən zərbələr nəticəsində 21 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Yəməndəki sement zavoduna hücumu nəticəsində iki nəfər ölüb, 42 nəfər yaralanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin Sənaya endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 274 nəfər ölüb - YENİLƏNİB - 3 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər