Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB
ABŞ-nin Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 38 nəfər həlak olub, daha 102 nəfər yaralanıb.
“Sizinxeber.az”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri azı 14 hücum həyata keçirib.
ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığı öz növbəsində Ras-İsa limanının məhv edildiyi barədə məlumat yayıb. “X” sosial şəbəkəsində verilən bəyanata görə, bu, üsyançıları neft məhsullarının satışından "qanunsuz gəlir" əldə etməkdən və yanacağa çıxışdan məhrum edib.
ABŞ-nin Yəmən ərazisinə hava hücumları nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub.
Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.
Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-nin hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək.
Oxşar xəbərlər
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 33-ə çatıb - YENİLƏNİB
ABŞ-nin Yəmənə hücumu zamanı onlarla insan ölüb
ABŞ qüvvələri Yəməndə husilərə məxsus silah anbarlarına zərbələr endirib
İsrail Yəmənə zərbələr endirib, doqquz nəfər ölüb
ABŞ Yəməndə husilərin hədəflərinə zərbələr endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb












