Tramp üçüncü prezident müddətinə namizədliyini irəli sürməyi planlaşdırmır
sizinxeber.az xəbər saytı

Tramp üçüncü prezident müddətinə namizədliyini irəli sürməyi planlaşdırmır


ABŞ Prezidenti Donald Tramp ən yüksək dövlət vəzifəsinə üçüncü dəfə yenidən seçilmək niyyətində olmadığını açıqlayıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, “NBC News” telekanalına müsahibəsində bildirib.

“Mən [ümumilikdə] səkkiz il, iki müddət prezident olacağam. Bunu həmişə çox vacib hesab etmişəm”, – Tramp söyləyib.

O əlavə edib ki, tərəfdarları onu müntəzəm olaraq gələcəkdə üçüncü müddətə namizədliyini irəli sürməyə dilə tuturlar, lakin o bunu etmək niyyətində deyil.

“Bir çox insan “Tramp 2028” [yazılı] papaqlar satır. Lakin mən bunu etmək niyyətində deyiləm. Mən dörd möhtəşəm ili işləyib bunu başqa birinə, ideal olaraq böyük bir respublikaçıya ötürəcəyəm”, – Amerika lideri qeyd edib.

1951-ci ildə qəbul edilmiş Amerika konstitusiyasına 22-ci düzəlişə əsasən, eyni şəxs dövlət başçısı vəzifəsinə iki dəfədən çox seçilə bilməz. ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Bununla yanaşı, əvvəllər Tramp üçüncü müddətə namizədliyini irəli sürmək imkanını istisna etməyib və mətbuatda Ağ ev sahibinin Ədliyyə Nazirliyinə 2028-ci ildə prezident seçkilərində potensial iştirakının qanuniliyini araşdırmağı tapşırdığı barədə məlumatlar yayılıb.

Oxşar xəbərlər

Tramp üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazırlaşmır
Tramp yenidən prezident seçilmək istəyir
KİV: Tramp 2037-ci ilə qədər prezident olaraq qala bilər
Tramp hesab edir ki, dünyada heç kim Baydenə hörmət etmir
ABŞ-də Trampa üçüncü müddətə seçilməyə imkan verən konstitusiya düzəlişi təklif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər