KİV: Tramp 2037-ci ilə qədər prezident olaraq qala bilər
sizinxeber.az xəbər saytı

KİV: Tramp 2037-ci ilə qədər prezident olaraq qala bilər


ABŞ Prezidenti Donald Tramp ölkə konstitusiyasına düzəlişlərdən birini istifadə edərsə, 2037-ci ilə qədər, yəni 90 yaşı tamam olanadək vəzifəsində qala bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Mail" qəzeti yazır.

Nəşr iddia edir ki, Ağ Ev 1951-ci ildə qəbul edilmiş 22-ci konstitusiya düzəlişindən istifadə imkanını nəzərdən keçirir. Belə ki, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilməz. Bununla belə, düzəlişdə eyni şəxsin ABŞ-nin hazırkı rəhbərinin istefası və ya ölümü halında üçüncü və ya dördüncü dəfə prezident vəzifəsini icra edə bilməyəcəyi göstərilmir.

Beləliklə, qəzetin yazdığına görə, prezidentliyə namizəd olacaq növbəti şəxs hazırkı vitse-prezident Cey Di Vens və ya Tramp özü ola bilər.

Lakin nəşr onu da yazıb ki, ABŞ Ali Məhkəməsinin bu qərara hüquqi baxımdan etiraz etməsi çətin olacaq.

Oxşar xəbərlər

Tramp Britaniyanın Baş naziri ilə görüşü təxirə sala bilər
Vitse-prezidentliyə namizəd Trampın prezident olmaq şansını qiymətləndirib
Tramp Floridada prezident seçkilərində səs verib
Vens: Tramp İranın nüvə silahına malik olmasına imkan verməyəcək
KİV: Tramp apreldə Çinə səfər edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər