Rumıniyada iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Rumıniyada iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb


Rumıniyanın Konstansa şəhərində dəmir yolu vağzalında iki qatarın toqquşması nəticəsində 28 nəfər xəsarət alıb, 7 nəfər xəstəxanaya yerləşdirilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə "Agerpres" agentliyi məlumat yayıb.

"IR 1586 nömrəli sərnişin qatarı yola düşməyə hazırlaşarkən manevr edən IR 1688 nömrəli qatarla toqquşub", - məlumatda deyilir.

Nəqliyyat naziri Sorin Qrindyanu bildirib ki, hadisənin səbəbləri müəyyən edildikdən sonra gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün operativ şəkildə qabaqlayıcı tədbirlər görüləcək.

Hər iki qatar texniki baxışdan keçmək üçün depoya aparılıb.

Oxşar xəbərlər

Misirdə iki sərnişin qatarı toqquşub, azı 20 nəfər xəsarət alıb
KİV: Almaniyada qatarla yük maşınının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb
Rusiyada qatarların toqquşması nəticəsində 31 nəfər xəsarət alıb
Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 11-ə çatıb - YENİLƏNİB-2
Murmansk vilayətində qatarların bir-birinə çırpılması nəticəsində yaralananların sayı 17-yə yüksəlib - YENİLƏNİB 3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər