KİV: Almaniyada qatarla yük maşınının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
11 
fev
2025
22:00
0
0
1 824
ff

KİV: Almaniyada qatarla yük maşınının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb

11 fev, 2025
22:00
1 824

KİV: Almaniyada qatarla yük maşınının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb

Almaniyada sürət qatarının yük maşını ilə toqquşması nəticəsində ən azı 12 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə DPA agentliyi yanğınsöndürmə xidmətinin nümayəndəsinə istinadən bildirib.

Məlumata görə, qəza Aşağı Saksoniya federal əyalətində baş verib. Təcili tormozlamaya baxmayaraq, içərisində 269 nəfərin olduğu qatar dəmir yolu keçidində yük maşınına çırpılıb.

Ümumilikdə 12 nəfərin yaralandığı, onlardan birinin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd edilir.

Agentliyin məlumatına görə, Hamburq-Harburq-Maşen dəmir yolu xətti bağlanıb. Qatarların hərəkət istiqaməti dəyişdiriləcək.

Bizimlə əlaqə saxlayın

×
×