KİV: ABŞ Meksika sərhədinə "Stryker" zirehli döyüş maşınlarını yerləşdirə bilər
ABŞ administrasiyası qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə "Stryker” zirehli döyüş maşınları ilə təchiz olunmuş bölmələrin yerləşdirilməsi imkanını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşrə görə, Amerika rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq “Stryker” zirehli döyüş maşınları ilə təchiz edilmiş piyada qoşunları göndərməyə hazırlaşır:
“Təsdiq olunarsa, Texas və Kaliforniya ştatlarının sərhəd bölgələrində hərbi mövcudluq əhəmiyyətli dərəcədə genişlənəcək".
Qeyd edək ki, ABŞ administrasiyası bundan əvvəl Meksika ilə sərhədin qərb hissəsinə 1 500 hərbçi, helikopter və hərbi kəşfiyyat bölməsinin yerləşdiriləcəyini açıqlamışdı.
Oxşar xəbərlər
WP: Tramp Meksika sərhədinə 10 min hərbçi göndərməyə hazırlaşır
ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər
Rusiya xüsusi təyinatlıları ABŞ-ın iki zirehli maşınını vurdu
KİV: ABŞ Meksika sərhədinin müdafiəsi üçün minlərlə hərbçi göndərəcək
Tramp Meksika Prezidenti ilə qanunsuz köçü müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













