Dövlət Departamenti Ukraynada F-16-ların istismarı üzrə təlim müqaviləsini təsdiqləyib
sizinxeber.az xəbər saytı

Dövlət Departamenti Ukraynada F-16-ların istismarı üzrə təlim müqaviləsini təsdiqləyib


ABŞ Dövlət Departamenti Ukrayna ilə F-16 qırıcılarının istismarı və texniki qulluq üzrə təlim xidmətlərinin təmin edilməsi üçün təxminən 311 milyon dollar məbləğində müqavilənin bağlanmasını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr üzrə xaricə hərbi texnika və silah tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.

“Dövlət Departamenti Ukrayna hökumətinə F-16 təyyarələrinin və əlaqəli avadanlıqların istismarı və texniki qulluğu üzrə təlim xidmətlərinin 310,5 milyon dollar məbləğində mümkün xarici hərbi satışının təsdiqlənməsi barədə qərar qəbul edib”, – bəyanatda deyilir.

Müqavilə qırıcıların modifikasiyası, onlara texniki qulluq, pilotların və texniki heyətin təlimi, eləcə də ehtiyat hissələri, avadanlıq və proqram təminatının tədarükü üzrə xidmətləri əhatə edir.

Bu sazişin tədarükçüləri arasında “Lockheed Martin Aeronautics”, “Pratt & Whitney” və “BAE Systems” korporasiyaları var.

Oxşar xəbərlər

ABŞ Danimarkaya 744 milyon dollar dəyərində hava – hava sinifli raketlərin satışını təsdiqləyib
ABŞ Polşaya 224 milyonluq hərbi vasitə göndərir
Dövlət Departamenti Niderlanda "Patriot"ların 224 milyon dollara satışını təsdiqləyib
Dövlət Departamenti Cənubi Koreyaya 36 ədəd “Apache” helikopterinin satışını təsdiqləyib
ABŞ Niderlandı 807 milyon dollar məbləğində 226 “hava – hava” raketləri ilə təmin edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle