Boliviyada göyərtəsində beş nəfərin olduğu təyyarə itib
Boliviya hakimiyyəti hərbçilərə göyərtəsində 5 nəfərin olduğu ölkənin şimalında itən kiçik təyyarəni axtarmağı tapşırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ölkə prezidenti Luis Arse telegram kanalında yazıb.
“Göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu “Cessna 172CP” təyyarəsinin itkin düşməsi ilə əlaqədar Fəlakətlərə Qarşı Birgə Hücum Komandanlığı və Silahlı Qüvvələrin axtarış-xilasetmə qrupları vasitəsilə dərhal axtarış aparılması barədə əmr vermişik. Təyyarə Beni departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən itib”, - o deyib.
Boliviya Mülki Aviasiya İdarəsinin məlumatına görə, itən təyyarənin pilotu aprelin 30-da qəza siqnalı verib və o vaxtdan bəri əlaqə saxlamayıb. Həmin vaxt təyyarə Beninin paytaxtı Trinidaddan 109 km şimal-şərqdə olub.
Oxşar xəbərlər
Boliviyada ağır yol qəzasında 13 nəfər ölüb
Yaponiya xilasetmə xidmətinin helikopteri radarlardan itib
Kanzas senatoru: Vaşinqtonda təyyarə qəzası 60 nəfərin ölümünə səbəb ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
