KİV: İsrail PUA-ları Dəməşqin ətrafına beş dəfə zərbə endirib
sizinxeber.az xəbər saytı

KİV: İsrail PUA-ları Dəməşqin ətrafına beş dəfə zərbə endirib


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Suriyanın yeni hakimiyyət orqanlarının nəzarətində olan və Dəməşqin cənub-qərb ətraflarında asayişin bərpası əməliyyatında iştirak edən təhlükəsizlik qüvvələrinin bölmələrinə hücum edib.

“Report” xəbər verir ki, bu barədə Suriya mənbələrinə istinadən “Al Mayadeen” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrailin PUA-ları təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə azı 5 zərbə endirib. Hücum Dəməşqdəki keçid hökumətinin Daxili İşlər Nazirliyinin rəsmilərin paytaxtın cənub-qərbindəki, druzların məskunlaşdığı Səhnayaya nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiklərini açıqladıqdan sonra həyata keçirilib.

Dəməşqdəki tibbi mənbələr, gündüz saatlarında Səhnayada baş vermiş qarşıdurmalarda öldürülən təhlükəsizlik qüvvələrinin sayının 11-dən 16-ya yüksəldiyini bildirib. Üsyançıların itkiləri isə 6 nəfərə çatıb. İsrail PUA-larının zərbəsi nəticəsində 1 suriyalı təhlükəsizlik zabiti ölüb.

İsrail Müdafiə Qüvvələri Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın əmri ilə önləyici zərbə endirdiyini açıqlayıb.

Oxşar xəbərlər

İsrail İranın zavoduna zərbə endirib
İsrail Suriyanın 12 mövqeyinə hücum edib
İsrail Dəməşqin qərbinə aviazərbələr endirib
İsrail ordusu Beyrutun cənub şəhərətrafına zərbə endirib
İsrail Livana zərbə endirib, səhra komandiri öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle