İspaniya ilə Portuqaliyanın böyük hissəsi işıqsız qalıb, hava limanları və metrolar fəaliyyətini dayandırıb
sizinxeber.az xəbər saytı

İspaniya ilə Portuqaliyanın böyük hissəsi işıqsız qalıb, hava limanları və metrolar fəaliyyətini dayandırıb


İspaniya və Portuqaliyada genişmiqyaslı elektrik enerjisi kəsintisi qeydə alınıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

İspaniyanın böyük şəhərlərində - Madrid, Barselona, Sevilyada, eyni zamanda, Portuqaliyanın Lissabon və Portu şəhərlərində kritik infrastruktur fəaliyyətini dayandırıb.

İşıqforların işləməməsi ciddi tıxaclara səbəb olub, qatarlar dayanıb, hava limanları və metro fəaliyyətini tamamilə dayandırıb.

Madriddəki Barajas hava limanı hələ də işıqsızdır.

İspaniyanın şəbəkə operatoru elektrik enerjisinin bərpası üçün işlərin davam etdiyini açıqlayıb. Valensiya metrosu da bütün xidmətlərini dayandırdığını bildirib.

Elektrik enerjisi kəsintisinin təsiri Fransanın bəzi bölgələrində də hiss olunub.

Oxşar xəbərlər

İsrail Qəzzaya elektrik enerjisinin verilişini dayandırıb
Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb
Zaqatala və Qaxda elektrik enerjisi kəsilib
Dəməşqin əksər hissəsinə elektrik enerjisi naməlum səbəblərdən kəsilib
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər