ABŞ Ukraynadan olan miqrasiya müraciətlərinin baxılmasını dayandırıb
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynadan olan miqrasiya müraciətlərinin baxılmasını dayandırıb


ABŞ Prezidenti Donald Trampın administrasiyası sabiq prezident Cozef Bayden dövründə ABŞ-yə daxil olmağa icazə verilmiş Latın Amerikası ölkələrindən və Ukraynadan olan miqrantların miqrasiya ərizələrinin baxılmasını dayandırıb.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Mənbələrin məlumatına görə, tədbirlər ABŞ-də qanuni əsaslarla qalmağa imkan verən müxtəlif miqrasiya güzəştlərinin alınması üçün ərizə vermə prosesində olan miqrantlara təsir edə bilər.

CBS qeyd edib ki, rəsmi şəxslər potensial dələduzluq hallarının aşkarlanması və yoxlama prosedurlarının təkmilləşdirilməsi üzərində işləyərkən tədbirlər qeyri-müəyyən müddətə tətbiq edilir.

Tramp daha əvvəl dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirmişdi. Yanvarın 20-də prezident vəzifəsinə başladıqdan sonra o, Meksika ilə sərhəddə fövqəladə vəziyyətin elan edilməsinə dair fərman imzalayıb.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkənin hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək, qeyri-qanuni miqrantları "sürətləndirilmiş prosedur" üzrə, yəni miqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib.

Oxşar xəbərlər

ABŞ ukraynalıların miqrasiya müraciətlərinə baxılması prosesini dayandırıb
Tramp ABŞ-də fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqlayıb
KİV: Meksika miqrantlara görə böhranla üzləşə bilər
ABŞ-də Bayden dövründə miqrasiya rekord həddə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər