Latviya ukraynalı qaçqınların yerli dili öyrənməsinə 4,7 milyon avro xərcləyəcək
Latviya hakimiyyəti Ukraynadan olan qaçqınların latış dilini öyrənməsi üçün təxminən 4,7 milyon avro ayırıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Məlumata görə, kurslar qaçqınlar, o cümlədən Ukrayna ərazisində orta təhsil almış yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulub. 2025-ci ildə 6375 nəfərə yaxın ukraynalının latış dili kurslarında pulsuz iştirak edə biləcəyi planlaşdırılır.
Portalın məlumatına görə, Latviyada ukraynalı qaçqınlara latış dilinin öyrədilməsi proqramı 2022-ci ildən həyata keçirilir.
2024-cü ilin avqustunda Latviyanın “Rait Custom Research Baltic” şirkəti tərəfindən keçirilən sorğunun nəticələrinə görə, Latviya sakinlərinin yarıdan az hissəsi ölkə hakimiyyətinin ukraynalı qaçqınları qəbul etməsini dəstəkləyir.
Oxşar xəbərlər
Latviya Ukraynaya 500-dən çox dron göndərib
Latviya Ukraynaya təhvil vermək üçün min dron hazırlayıb
Məhkəmə bir sıra ukraynalı qaçqına Aİ-də müvəqqəti qoruma statusunun verilməsindən imtina etməyə icazə verib
2022-ci ildən etibarən 9 milyondan çox ukraynalı qaçqın Rumıniya ərazisinə keçib
Latviyada müdafiə xərclərinin qarşılanması üçün banklara vergi tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda etirazlar səngimir: Etirazçılara atəş açılıb, ölənlərin sayı artır
-
Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
-
Təhsil sənədlərinin "mygov" üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
-
Buzlaqlar uğrunda Qrenlandiya savaşı: ABŞ əvvəllər də iki dəfə adanı pulla almaq istəyib
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib












