Tramp FED rəhbərini istefaya göndərmək niyyətində deyil
sizinxeber.az xəbər saytı

Tramp FED rəhbərini istefaya göndərmək niyyətində deyil


ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED, Mərkəzi Bank funksiyasını icra edir-red) sədri Cerom Paueli vəzifəsindən uzaqlaşdırmaq niyyətində olmadığını bildirib.

"Report" xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalistlər dövlət başçısından maliyyə tənzimləyicisinin rəhbərini işdən çıxarmaq niyyətində olub-olmadığını soruşublar. "Xeyr, onu işdən kənarlaşdırmaq fikrim yoxdur. İstərdim ki, o, baza faiz dərəcəsini aşağı salmaq ideyasını həyata keçirməkdə bir az daha fəal olsun. İndi faiz dərəcəsini aşağı salmaq üçün mükəmməl vaxtdır. O etməsə, bu, son olacaqmı? Xeyr, bu, son deyil, amma doğru zamandır. Bu, əvvəllər baş verə biləcək bir şey olardı. Amma yox, mən onu işdən çıxarmaq niyyətində deyiləm", - ABŞ lideri deyib.

Oxşar xəbərlər

Tramp: FED faizləri azaltmasa, ABŞ iqtisadiyyatı yavaşlaya bilər
Tramp Çin mallarına rüsumların azaldılacağını güman edir
FED uçot dərəcəsini endirib
Tramp: Kanada, Çin və Meksika 1 fevral tariflərindən yayına bilməyəcək
FED baza faiz dərəcəsini iki dəfə azaltmağı planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər