FED baza faiz dərəcəsini iki dəfə azaltmağı planlaşdırır
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sisteminin rəhbər komitəsinin üzvləri baza faiz dərəcəsini əvvəllər gözlənildiyi kimi bu il dörd deyil, iki dəfə azaltmağı planlaşdırır.
“Sizinxeber.az” xəbər verir ki, bunu maliyyə tənzimləyicisinin rəhbər komitəsinin ötən il dekabrın 17-18-də keçirilmiş iclası haqqında yayılan hesabat sübut edir.
Sənəddə qeyd olunur ki, qarşıdan gələn faiz endirimlərinin sürəti azalacaq: “Pul siyasəti ilə bağlı perspektivləri müzakirə edərkən iştirakçılar komitənin siyasətin yumşaldılması tempini yavaşlatmağın məqsədəuyğun hesab ediblər.
Rəsmilər razılaşıblar ki, məzənnə 2024-cü ilin sentyabrında komitənin siyasəti yumşaltmağa başladığı vaxtdan daha neytral dəyərə daha yaxındır. Bundan əlavə, bir çox iştirakçılar qeyd ediblər ki, bir sıra amillər qarşıdakı rüblərdə pul siyasəti qərarlarına ehtiyatlı yanaşmanın zəruriliyini vurğulayır”.
Komitə üzvləri inflyasiyanın tempi və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın siyasətlərinin iqtisadiyyata mümkün təsiri ilə bağlı narahatlıqlarını ifadə edərək, qeyri-müəyyənlik səbəbindən faiz dərəcələrinin aşağı salınmasında daha ləng olacaqlarını bildiriblər.
Görüş iştirakçıları Trampın adını çəkmədən yekun hesabatda ən azı dörd dəfə qeyd ediblər ki, immiqrasiya və ticarət siyasətindəki dəyişikliklər ABŞ iqtisadiyyatına təsir edə bilər.
Oxşar xəbərlər
ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsinin tədricən azaldılmasını gözləyir
Federal Ehtiyat Sistemi uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini illik 4,25-4,5 %-ə endirib
FED uçot dərəcəsini endirib
ECB uçot dərəcəsini 4,5 % səviyyəsində saxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













