Sizinxeber.az » DÜNYA » Digər ölkələr » Zelenski: Nümayəndələrimiz London danışıqlarında atəşkəsi müzakirə etmək niyyətindədir

Zelenski: Nümayəndələrimiz London danışıqlarında atəşkəsi müzakirə etmək niyyətindədir

Londonda ABŞ və Avropa nümayəndələri ilə danışıqlarda Ukrayna nümayəndə heyəti tam və ya qismən atəşkəs rejimini müzakirə etmək niyyətindədir.

“Sizinxeber.az” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Kiyevdə keçirdiyi brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Bizim komandaya gəlincə, sabah onun əlində olan mandat var - bu, qeyd-şərtsiz atəşkəs və ya qismən atəşkəslə bağlı müzakirədir. Biz bu mərhələyə hazırıq", - o deyib.

Onun sözlərinə görə, atəşkəsdən sonra Ukrayna Rusiya ilə istənilən formatda danışıqlar masası arxasına əyləşməyə hazırdır: “Biz atəşkəsdən sonra istənilən formatda danışıqlar masasına oturmağa hazırıq ki, dalana dirənməsin”, - Ukrayna lideri əlavə edib.

Qeyd edək ki, Londonda ABŞ, Avropa və Ukrayna arasında danışıqlar aprelin 23-də başlayacaq. Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak, onun müavini Pavlo Palisa, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbiha və müdafiə naziri Rüstem Umerov daxildir.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !