Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyəti də iştirak edəcək
Ukrayna nümayəndə heyəti gələn həftə Londonda keçiriləcək danışıqlarda iştirak edəcək.
“Report” “UNİAN” agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin ofisinin rəhbərinin müşaviri Sergey Leşşenko təsdiqləyib.
İclasda ABŞ və Avropa ölkələrindən olan nümayəndələrin Ukraynada mümkün atəşkəs məsələsini müzakirə edəcəyi gözlənilir.
O xatırladıb ki, aprelin 17-də Parisdə baş tutan görüşdə Ukraynanı Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov təmsil ediblər.
“Qrupumuz iştirak edəcək. Mən heyəti açıqlamayacağam. Lazım gələrsə, tərkibə düzəlişlər ediləcək, lakin Ukrayna bu danışıqlarda mütləq iştirak edəcək”.
Oxşar xəbərlər
Ciddədə ABŞ və Ukrayna nümayəndə heyətlərinin görüşü başlayıb
Ciddədə ABŞ və Ukrayna arasında danışıqların birinci mərhələsi başa çatıb - YENİLƏNİB
Ukrayna nümayəndə heyəti ABŞ ilə danışıqlar üçün Parisə gəlib
Zelenski Rusiya ilə sülh danışıqlarında Ukraynanı təmsil edəcək rəsmilərin siyahısını təsdiqləyib
Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













